Çimərlik futbolu üzrə Azərbaycan millisi Belcikanı darmadağın edib

21:13 24.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ikinciyə oyununu keçirib.

Hafta.az xəbər verir ki, B Liqasının A qrupunda yer alan komandamız Belcikyyığması ilə qarşılaşıb.

İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 11:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Ramil Əliyev 3, Comərd Baxşəliyev 2 qol vurub, Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, Amid Nəzərov, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə 1 dəfə fərqləniblər.

Millimiz qrupdakı son matçını mayın 25-də Litvaya qarşı keçirəcək.